Ana səhifə / Aktual / Bakının taxta bazarında altıdan çox obyekt yanır, digərlərinə də keçir – YENİLƏNİB + FOTO/VİDEO

Bakının taxta bazarında altıdan çox obyekt yanır, digərlərinə də keçir – YENİLƏNİB + FOTO/VİDEO

Səhiyyə Nazirliyi Nərimanov rayonundakı taxta bazarının tyanması ilə bağlı məlumat yayıb.
Oxu.Az xəbər verir ki, təcili tibbi yardıma çağırış saat 15:12 də daxil olub:
“Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib. Hələlik təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat verəcəyik”.
***
Bakıda taxta bazarında yanğın davam edir.
Oxu.Az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 20-dək yanğınsöndürmə maşını cəlb olunub.
Hazırda altıdan çox obyekt yanır. Yanğın yaxınlıqdakı obyektlərə də keçir.
***
Bakıda yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, yanğın Nərmanov rayonunda, Dərnəgül ərazisində yerləşən taxta bazarında baş verib.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadası cəlb olunub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …