Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Aktual / Bakının nəqliyyat sistemində vacib yenilik – Təzə kameralar nəyi çəkəcək?

Bakının nəqliyyat sistemində vacib yenilik – Təzə kameralar nəyi çəkəcək?

Bakıda minik avtomobillərinin, xüsusi ilə taksilərin avtobus dayanacaqlarının ərazisini zəbt etməsi adi hal alıb.

Publika.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus daşıyıcılarının və sərnişinlərin ciddi narahatlığına səbəb olan bu məsələni birdəfəlik həll etmək üçün tədbirlər planı hazırlayıb. Belə ki, yaxın vaxtlarda Bakının mərkəzi hissələrindəki bütün avtobus dayanacaqlarında yeni müşahidə kameraları quraşdırılacaq və bu kameralar dayanacaqların ərazisini zəbt edən avtomobilləri çəkərək elektron protokollar tərtib edəcək.

Bildirilir ki, dayanacaqların ərazisini zəbt edən maşınların sürücülərinin kütləvi cərimələnməsi bu məsələnin aradan qaldırılmasında böyük rol oynayacaq.

Həmçinin oxuyun

“Cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək” – Deputat

“Belə görünür ki, cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək və bunda da Ermənistan tərəfi maraqlıdır”.  Bunu …