Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Bakının mərkəzində güclü partlayış – Yaralanan var (Yeniləndi2 +FOTOLAR)

Bakının mərkəzində güclü partlayış – Yaralanan var (Yeniləndi2 +FOTOLAR)

Hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.

“Report”un xəbərinə görə, o bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub. “Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.

“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

R.Əliyev hadisə nəticəsində ölənlərin olmadığını, bir nəfərin xəsarət aldığını deyib.

****

09:50

Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında baş vermiş partlayış zamanı bir nəfər yanıq xəsarətləri alıb.

“Report”un əməkdaşı xəbər verir ki, yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

****

09:18

Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında partlayış baş verib.

Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Partlayış yanğınla müşahidə olunub.

Hadisə “Ofisait” mağazasının yanındakı obyektdə baş verib. Partlayış zamanı “Ofisait” mağazasına da ziyan dəyib.//report

bakida yasayis binasinda partlayis olub

bakida yasayis binasinda partlayis olub

bakida yasayis binasinda partlayis olub

bakida yasayis binasinda partlayis olub

41f457a1-3000-45dc-8505-a6116c37faa8.jpg (646 KB)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …