Ana səhifə / Aktual / Bakının mərkəzində güclü partlayış: Ölən və yaralananlar var

Bakının mərkəzində güclü partlayış: Ölən və yaralananlar var

Bakının mərkəzində güclü partlayış olub.

Bu barədə “Report”a hadisə şahidləri xəbər verib.

İlkin məlumata görə, hadisə Nizami küçəsində qeydə alınıb. Partlayış zamanı xəsarət alanlar var. Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış habelə yanğınla nəticələnib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib.

***

APA xəbər verir ki, hadisə “Torqovi” kimi tanınan ərazidə yerləşən gecə klubunda qeydə alınıb.

Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda qəfil partlayış baş verib.

Hadisə yerinə FHN-nin əməkdaşları və polis əməkdaşları cəlb edilib. Xəsarət alan şəxslər təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanaya aparılır.

***

Bakının mərkəzində güclü partlayış olub.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, partlayış Səbayel rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda qeydə alınıb.

Partlayış zamanı bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb. Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış yanğınla nəticələnib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib.

***

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanların bir qismnin adları məlum olub.

“Report” xəbər verir ki, Səbayel rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda qeydə alınan hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sülhanə İlham qızı (1987-ci il təvəllüdlü) xəsarət alıblar. Yaralılar 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib. Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə gəlib.

***

Hadisə zamanı ölən bir nəfərin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …