Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Aktual / Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı parad keçiriləcək

Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı parad keçiriləcək

Sentyabrın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana gələcək

Sentyabrın 15-də Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 ili tamam olur. Bununla əlaqədar ölkədə və paytaxtda bir sıra möhtəşəm tədbir və beynəlxalq elmi konfranslar keçiriləcək.

Bu tədbirlər çərçivəsində paytaxtda hərbi parad da təşkil ediləcək. Möhtəşəm hadisənin 100 illiyi ilə əlaqədar keçiriləcək paradla bağlı hazırlıqlara artıq başlanıb. Parada Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların müvafiq strukturlarının şəxsi heyəti və minik vasitələri cəlb edilib. Ssenariyə əsasən parad iştirakçıları Bakının küçələrindən Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə 100 bundan əvvəl Azərbaycan və Osmanlı ordusunun hərbi geyimlərində, süvari və piyada ordu şəklində keçəcəklər.

Tədbirlərdə iştirak etmək üçün qardaş Türkiyədən də İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlunun rəhbərliyi ilə bir qrup nümayəndə heyəti ölkəmizə səfər edəcək. Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Türk Şəhidliyini ziyarət edəcək, yubiley tədbirlərinə qatılacaq. Həmçinin Türkiyədən gələn nümayəndə heyəti Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Salyan rayonunda keçiriləcək tədbirlərdə də iştirak edəcəklər.

Похожее изображение

Bu arada onu da qeyd edək ki, sentyabrın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Azərbaycana səfərə gələcək. Ehtimallara görə, Türkiyə prezidentinin bu səfəri Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi ilə bağlıdır.

Xatırladaq ki, 100 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Картинки по запросу Nuru Paşa

Nuru Paşa

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

Bu baxımdan 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisə hesab edilir.

Həmçinin oxuyun

Usubovdan Ağstafadakı qan davası haqda açıqlama: “Vəzifəli şəxslər vaxtı ilə…”

“Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətlərilə bağlı daim təhlillər aparılır”.Bunu jurnalistlərə …