Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Bakının girişində göz-gözü görmür – Video

Bakının girişində göz-gözü görmür – Video

Bakının Qaradağ rayonunda güclü toz dumanı müşahidə olunur.

Səhər saatlarından başlayan mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib. Nəticədə atmosfer havasında tozun miqdarı artıb.

Hətta Qaradağ rayonu ərazisində müşahidə olunan toz dumanı nəqliyyatın hərəkətinə maneələr yaradıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti şimal- qərb küləyinin sürətinin Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s, Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə isə 20 m/s-dək gücləndiyi barədə məlumat yayıb. Güclü küləklə əlaqədar olaraq, hazırda Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …