Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi qeyd olunacaq

Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi qeyd olunacaq

Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq simpozium keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan virtualaz.org-a verilən məlumata görə, prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamları ilə sentyabrın 13-dən 16-dək Bakıda “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti – Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium keçiriləcək.Simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr olunub.Simpoziumun təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir.

Virtualaz.org

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …