Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Bakının düşmənə Yeni il “təbriki” – “Sonuncu işğalçı da çıxmayınca…”

Bakının düşmənə Yeni il “təbriki” – “Sonuncu işğalçı da çıxmayınca…”

İl başlar-başlamaz, cəbhə xəttində işğalçı ölkə növbəti canlı itkilərini verdi; Azərbaycan bu il hərbi və döyüş hazırlıqlarını daha da gücləndirəcək; erməni şərhçi: “Bakı Ermənistana qarşı üzücü müharibə taktikası tətbiq edir…”

İşğalçı Ermənistan təzə ili təzə canlı itki ilə qarşıladı: bir əsgər öldürüldü. Başqa bir məlumata görə, Qarabağda işğalçı ordunun daha iki hərbçisi minaya düşüb. Erməni qaynaqları bildirir ki, onların hər ikisinin ayaqları amputasiya edilib.

Bu, əslində Azərbaycanın düşmənə aydın bir anonsudur ki, İrəvan işğal altındakı ərazilərimizdən rədd olub getmək haqda ciddi düşünməyincə, Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmayınca onun itkiləri bitməyəcək. Erməni ailələri əsgər tabutları almaqda davam edəcək.

Bu xüsusda erməni siyasi şərhçi Sarkis Arsruninin dünənki şərh yazısı diqqət çəkir. “Yeni Müsavat” 1 in.am saytına istinadla xəbər verir ki, cəbhədəki işğalçı erməni əsgərinin qətlə yetirilməsi ilə bağlı müəllif yazıb: “Hələ ki böyük müharibəyə izn ala bilməyən Azərbaycan Ermənistana qarşı üzücü müharibə taktikası tətbiq edir. Bu da Ermənistan cəmiyyətində ümidsizlik və panik ovqat yaratmaq niyyəti güdür. Yeni ildə də Azərbaycan bu siyasətə sadiq qalmaqda davam edəcək. Ermənistan buna qarşı hələ ki  resept tapa bilməyib”.

Erməni şərhçi daha sonra qeyd edir ki, həlak olan erməni əsgərləri haqda vaxtaşırı ön cəbhədən gələn xəbərlər erməni cəmiyyətinə müharibənin özündən də pis təsir edir. “2018-ci ildə Ermənistanda və Azərbaycanda hakimiyyətin transformasiyası baş verəcək. Bu üzdən də müharibənin qızışması az ehtimallıdır. Ancaq son insident göstərdi ki, Azərbaycan çağırışlara rəğmən, öz taktikasını davam etdirəcək. Ermənistan diplomatiyası qeyri-standart qərarlar axtarmaq imperativi qarşısındadır”, – deyə o əlavə edib.

Erməni müəllifin yuxarıdakı fikri ibrətamiz olmaqla yanaşı, həm də acı bir etiraf, Ermənistanın Qarabağ diplomatiyasının uğursuzluğunun təsdiqidir. Çünki işğalçı tərəf keçən il dərindən-qabıqdan çıxdı ki, təmas xəttində atəşkəsin pozulma insidentləri ilə bağlı yeni monitorinq mexanizminin tətbiqinə nail olsun və bu yolla cəzasız şəkildə, heç bir itki vermədən işğal rejimini davam etdirsin. Eyni zamanda faktiki cəbhə xəttini rəsmi təmas xəttinə çevirməklə işğala dolaysıyla haqq qazandırsın. İrəvanın bir hədəfi də bununla Azərbaycanın öz qanuni ərazilərini silah gücünə azad eləmək haqqını və şansını əlindən almaq, danışıqlarda radikal mövqeyi saxlamaq idi.

karabakh osce ile ilgili görsel sonucu

Ancaq rəsmi Bakının prinsipial mövqeyi və etirazı üzündən o, avantürist məqsədinə çatmadı. Əksinə, ötən il genişmiqyaslı müharibə olmasa da, düşmən atəşkəs dövründə daha çox itki verdi. Serj Sərkisyan ön şərtlərdən vaz keçərək, sülh danışıqlarına qatılmaq zorunda qaldı. Ermənilər anlamalıdılar ki, işğal davam etdikcə belə də olacaq, hətta bu il o birindən də ağır gələcək. İşğalçı qüvvələr Azərbaycan torpaqlarında heç vaxt özlərini rahat, güvəndə hiss etməyəcək.

Bu, mümkün də deyil. Fürsət düşən kimi isə düşmənin qorxulu röyası olan “Aprel sindromu” təkrarlanacaq. Bunu təsdiqləyən amillərdən biri də Azərbaycanın öz hərbi və döyüş qabiliyyətini durmadan artırmasıdır. Bu il də Bakının bu sahəyə diqqəti artıracağı şübhə doğurmur. Xüsusən də qardaş Türkiyə, Pakistan, İsraillə, digər ölkələrlə hərbi və hərbi-texniki əməkdaşlığın daha da dərinləşəcəyi gözlənilir. Söhbət həm də ortaq hərbi müəssisələrin və birgə təlimlərin keçirilməsindən gedir.

*****

Yeri gəlmişkən, bu arada Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri və psixoloqlarla keçirilən təlim-metodiki toplantıya cəlb olunan heyətlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumatda bildirilir ki, birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən müdafiə naziri 2017-ci ildə döyüş və mənəvi-psixoloji hazırlıq sahəsində görülən fəaliyyətlərin təhlilini aparıb və Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.

Daha sonra cari tədris dövründə bu istiqamətdə müəyyən edilmiş prioritetlər barədə danışan müdafiə naziri hərbi qulluqçuların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi kollektivlərdə sağlam rəqabət atmosferinin inkişaf etdirilməsi, əsgər və zabitlərin şəxsi xüsusiyyətləri nəzərə alınmaqla fərdi tərbiyə işinin planlı şəkildə həyata keçirilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb. Z.Həsənov həmçinin qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.

*****

Azərbaycan paralel surətdə Dağıq Qarabağ məsələsinə siyasi-diplomatik meydançalarda da diqqət çəkməkdə davam edəcək. O sırada artıq xəbər verdiyimiz kimi, problemin BMT səviyyəsində təzədən qaldırılması da gözlənilir. Söhbət bu ilin yanvarından GUAM-da sədrliyi qəbul eləmiş Moldovanın təşəbbüsündən gedir.

karabakh osce ile ilgili görsel sonucu

Bu il həm də Bakı ilə Avropa Birliyi arasında nəhayət ki,  çərçivə sazişi imzalanmalıdır. Sənəddə təbii ki, Qarabağ məsələsi də yer alacaq. Azərbaycanın şərti dəyişməzdir: ikitərəfli sazişdə ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı, müstəqilliyi və suverenliyi birmənalı şəkildə əksini tapmalıdır. Yəqin ki, belə də olacaq. Hər halda, qurumun 2017-ci il 24 noyabr sammitində qəbul edilən Yekun Bəyannamədə Azərbaycan da daxil, “Şərq Tərəfdaşlığı” ölkələrinin hamısının ərazi bütövlüyü və suverenliyinə sadiqlik qeyd olunub.

Həmçinin oxuyun

Mikayıl Cabbarov təkzib edir

“Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır”. Bunu ölkənin iqtisadiyyat naziri …