Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bakının bəzi yollarında sürət həddi azaldıldı

Bakının bəzi yollarında sürət həddi azaldıldı

Paytaxtda bəzi yollarda sürət həddi azaldılıb.

Bunu “Trend”-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, Bakının Böyükşor yol qovşağı – Heydər Əliyev Beynəlxalq Aeroportu – Mərdəkan dairəsi – Bilgəh, eləcə də Zığ dairəsi – Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda hərəkət sürəti azaldılıb: “Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100km/saat-dan 80-ə, 80km/saatdan 60-a endirilib.

Bununla bağlı yollardakı elektron tablolarda da dəyişiklik edilib. Sürət həddinin azaldılmasına səbəb metereoloji vəziyyətin, hava şəraitinin pisləşməsidir”.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın