Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bakının bəzi məktəblərində dərslər daha tez başlayacaq

Bakının bəzi məktəblərində dərslər daha tez başlayacaq

Azərbaycanda yeni tədris ili sentyabrın 15-dən başlayır. Amma əksər özəl litseylərdə tədris mövsümünün başlama və bitmə tarixi fərqlidir.

Virtualaz.org xəbər verir ki, Avropa Azərbaycan Məktəbində bu gündən dərslərə başlanılıb. Məktəbdə tədris mövsümü sentyabrın 3-dən başlayıb, iyunun 26-da yekunlaşacaq. Bakı Oksford Məktəbində isə ilk dərs sentyabrın 10-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda tədris ilinin başlanılma tarixi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib. Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş son dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.

Təhsil Nazirliyindən virtualaz.org-a bildiriblər ki, özəl məktəblər dərs ilinin başlama və bitmə tarixini tədris proqramına uyğun olaraq özləri müəyyənləşdirə bilər.

Xatırladaq ki, respublika üzrə təhsil alan şagirdlərin sayı 1 milyon 520 min nəfərdir. Onlardan 1 milyon 509 min nəfəri dövlət əyani ümumi təhsil müəssisələrində, 10928 nəfəri qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində təhsil alır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …