Çərşənbə axşamı , Noyabr 30 2021
Ana səhifə / Aktual / Bakıdan Moskvaya uçan təyyarə quş sürüsü ilə toqquşdu, eniş etdi

Bakıdan Moskvaya uçan təyyarə quş sürüsü ilə toqquşdu, eniş etdi

Bu gün saat 20:31-də Bakıdan Moskvaya yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Bu barədə “Qafqazinfo”ya AZAL-dan məlumat verilib.

Məlumata görə, Bakı vaxtı ilə saat 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.

Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.

Həmçinin oxuyun

Ülviyyə Əlizadə ilə ortaqları arasında Avropanın ən iri yaxta tərsanəsi uğrunda qanlı çəkişmə

Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində yerləşən və Avropanın ən iri gəmi tərsanəsi hesab edilən “DSV …