Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Bakıdan İndoneziyanın paytaxtına aviareys açıla bilər

Bakıdan İndoneziyanın paytaxtına aviareys açıla bilər

Tezliklə Bakıdan İndoneziyanın paytaxtı Cakartaya aviareysin açılması istiqamətində iş aparılır.

Bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani deyib.

Səfir bildirib ki, Azərbaycanla İndoneziya arasında hava əlaqəsi Bakı-Doha-Cakarta, Bakı-İstanbul-Cakarta və əks istiqamətlər şəklində mövcuddur. Hər iki ölkə arasında hava nəqliyyatı ilə birbaşa müntəzəm uçuşların təşkil edilməsi üçün isə həll edilməsi vacib olan məsələlər var. Bu məsələlərdən ən vacibi iki ölkə arasında sərnişin axınını təmin etməkdir. Hər iki ölkənin xalqları bu səfərlərə maraqlı olmalıdır. Bununla bağlı bir çox işlər görülür. Ölkələrin təbliği ilə bağlı proqramlar hazırlanır və həyata keçirilir. Düşünürəm ki, bu istiqamətdə işlər görüldükdən sonra tezliklə Bakı-Cakarta aviareysinin açılması məsələsi gündəmə gələ bilər. (AzərTAc)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …