Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bakıdan 6 ədəd qədimi xalça aparmaq istəyən iranlı SAXLANILDI (FOTOLAR)

Bakıdan 6 ədəd qədimi xalça aparmaq istəyən iranlı SAXLANILDI (FOTOLAR)

Qədim xalçaların ölkədən aparılmasına cəhdin qarşısı alınıb
Dövlət Gömrük Komitəsindən Azinforum.az-a  verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qədim xalçaların ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Bakı-İstanbul aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Fatahei Hosseinə məxsus baqaj rentgen aparatından keçirilərkən, orada gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı şübhə yaranıb. Bu səbəbdən vətəndaş saxlanılıb və çantasına təkrar baxış keçirilib.
Təkrar yoxlama zamanı, Fatahei Hosseinə məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş, yaşı 1 əsrdən çox olan 6 ədəd qədim xalça aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …