Bazar ertəsi , Avqust 8 2022
Ana səhifə / Aktual / Bakıdakı aksiya haqda rəsmi məlumat

Bakıdakı aksiya haqda rəsmi məlumat

Bakının mərkəzində bir qrup şəxs “Saleh Rüstəmova azadlıq” tələbi ilə aksiya keçirməyə cəhd edib. 

“ Azinforum.az ” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Həmin məlumatı təqdim edirik:

“Dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. 

Cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. 

Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar”.

Həmçinin oxuyun

Zaur Mirzəzadənin vəkili: “Ali Məhkəmədən ədalətli qərar gözləyirik”

“Jurnalist Zaur Mirzəzadənin həbsi əsassızdır və ümid edirik ki, Ali Məhkəmə bu işlə bağlı ədalətli …