Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Aktual / Bakıda zavodda kütləvi zəhərlənmə – Fəhlələr xəstəxanaya yerləşdirildi

Bakıda zavodda kütləvi zəhərlənmə – Fəhlələr xəstəxanaya yerləşdirildi

Bakıda yerləşən zavodların birində kütləvi zəhərlənmə baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Metal Konstruksiyalar zavodunda bir neçə gün öncə baş verib.

Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Rəhimovun icarə əsasında işlətdiyi metal qəbulu sexində naməlum səbəbdən Ammonyak turşusu yerə dağılıb.

Nəticədə yaxınlıqdakı taxta sexində işləyən fəhlələr – Göyçay rayon sakini 1994-cü il təvəllüdlü Yaşar Xancalov, Salyan rayon sakini 1983-cü il təvəllüdlü Yusif Kərimov, Ağsu rayon sakini 1985-ci təvəllüdlü Xəqani Nurəliyev, Ucar rayon sakini 1988-ci il təvəllüdlü Rzaağa Heydərov, Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Pərviz Əbdülhəmidov vəm qardaşı 1974-cü il təvəllüdlü Rövşən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Toksokologiya xəstəxanasında müalicə olunan fəhlələrin səhhəti qənaətbəxşdir.

Araşdırma aparılır.

Həmçinin oxuyun

“Allaha dua edib sürürlər…”

“Yol hərəkəti haqqında” qanuna görə minik və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan …

Bir cavab yazın