Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Bakıda yol polisi svetoforda dayanan “Opel”i vurub əzdi – YP 453

Bakıda yol polisi svetoforda dayanan “Opel”i vurub əzdi – YP 453

Hadisə səhər saatlarında baş verib

Dekabrın 13-də, səhər saat 05.20 radələrində Bakının Zərifə Əliyeva və Səməd Vurğun küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus və Samir Bənziyevin idarə etdiyi 99 YP 453 dövlət nömrə nişanlı DYP avtomobili işıqforda dayanmış Yevlax rayon sakini Rüstəm Allahverdiyevin idarə etdiyi “Opel” markalı, 99 GT 630 dövlət nömrə nişanlı avtomobili arxadan vurub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib, xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

İbadət, yoxsa casusluq: erməni keşişlər Kəlbəcərə niyə qayıtdı?

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır: – Kəlbəcər …