Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Bakıda Yeni il şənlikləri Murad Dadaşovun şirkətinə həvalə edildi

Bakıda Yeni il şənlikləri Murad Dadaşovun şirkətinə həvalə edildi

“M Group Production” MMC Bakının park və meydanlarında, uşaq bağçaları-körpələr evində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbirləri keçirəcək.

” Azinforum.az ” “Marja”ya istinadən xəbər verir ki, Şoumen Murad Dadaşova məxsus bu şirkət Yeni il bayramı üçün Bakının uşaq bağçaları və körpələr evini bəzəyəcək.

Bakı şəhəri İcra Hakimiyyəti “Yaşıl teatr” Bakı konsert kompleksinin timsalında onun şirkəti ilə 175 min 973 manat məbləğində (105,5 min dollar) müqavilə imzalayıb. 

Müqavilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni 2020-ci il münasibəti ilə Bakı şəhərinin park və meydanlarında, körpələr evi-uşaq bağçalarında tədbirlərin keçirilməsi, körpələr evi-uşaq bağçalarının bayrama uyğun bəzədilməsi işlərinin satınalınması”nın nəzərdə tutur.

Həmçinin oxuyun

Ceyhun Bayramov: “Qondarma “DQR”in Azərbaycanın sərhədləri daxilində gələcəyi yoxdur”

“Qondarma “Dağlıq Qarabağ Respublikası”nın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində gələcəyi yoxdur”.Bu barədə Azərbaycan Xarici …