Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Bakıda yemək festivalı keçirilib – FOTOLAR

Bakıda yemək festivalı keçirilib – FOTOLAR

İçərişəhərdə  “Sweet November” adlı irimiqyaslı yemək festivalı keçirilib.

Musavat.com  xəbər verir ki, noyabrın 26-dək davam edəcək festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Meal for Real” kulinar layihəsinin dəstəyi ilə təşkil edilib.

Artıq iki gündür ki, davam edən festivala turistlərin də marağı böyükdür. Bu barədə musavat.com-a festivalda iştirak edən Nəbi Kərimov bildirib.

O, qeyd edib ki, insanlar daha çox “fast-food”lara maraq göstəriblər: “Burada müxtəlif ölkələrin mətbəxinə aid yeni yeməkləri sərgilənir. Bu yeməkləri adi günlərdə insanlar heç yerdə tapa bilməzlər. Ancaq bir məkanda dünya yeməklərinin cəmlənməsi təbii ki, hər kəsin ürəyincə olur. Burada 20-dən çox restoran, kafe, çoxsaylı kulinarlar iştirak edirlər. Eyni zamanda yeməkdən əlavə insanların rahatlığı, istirahəti üçün musiqilər də səsləndirilir. Buna görə xüsusi DJ-də var. Festival Qız qalasının yaxınlığında təşkil olunduğu üçün qalaya gələn xarici qonaqlar mütləq bura da baş çəkirlər. Hələ ki, bir gündür ki, festival fəaliyyətə başlayıb. Ancaq buna baxmayaraq müştərilərin sayından razıyıq”.

Festivalda yeməklərlə bərabər müxtəlif içkilər, şirniyyatlar da təqdim olunub.

Bütün bunlarla yanaşı Qız Qalası ətrafında həm uşaqlar, həm də böyüklər üçün müvəqqəti şəhərcik də yaradılıb.

Xatırladaq ki, Bakıda  açıq havada ilk irimiqyaslı yemək festivalı “Baku Street Food Festival” bu il mayın 19-dan 21-dək İçərişəhərdə keçirilib.

 

 

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …