Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Bakıda yazıçı satıcının işdən qovulmasına səbəb oldu

Bakıda yazıçı satıcının işdən qovulmasına səbəb oldu

Bakıda böyük supermarket şəbəkəsinin filiallarından birində gərgin anlar yaşanıb.

Azinforum.az  xəbər verir ki, “Favorit” marketdə yazıçı Şəhriyar Del Garani ilə satıcı arasında mübahisə baş verib. Belə ki, o, mağazadan Rusiya istehsalı olan kolbasa almaq istəyib. Satıcı isə yazıçıya “”Məsləhətli “Min Bərəkət” və “Hacı Turqay” kolbasaları da varımızdı” – deyib. Bu, Şəhriyarı özündən çıxarıb. Daha sonra onlar arasında mübahisə olub.

Yazıçı sosial şəbəkə hesabında özü bu haqda məlumat verib.

Şəhriyar sər şəkildə ona “Ay oğul, sən kimsən mənə məsləhət edəsən? Bu nə qeyri-mədəni davranışdır? Sizə etika öyrətmirlərmi işə götürəndə?” – deyib. Satıcı isə bunun qarşılığında yazıçıya “Mədəniyyətsiz özünsən, mən səni halala dəvət edirəm!”- sözlərini işlədib.

Bütün bunlardan sonra Şəhriyar filial müdirini çağırdığını bildirib. Satıcı ilə arasında olanlardan narazılığını söyləyərək onun işdən uzaqlaşdırılmasına nail olub.

Onu da qeyd edək ki, yazıçı Şəhriyar mağazada işləyən şəxs haqqında sərt sözlər yazıb.

Məsələni diqqətdə saxlayacağıq.

 

Həmçinin oxuyun

Mikayıl Cabbarov təkzib edir

“Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır”. Bunu ölkənin iqtisadiyyat naziri …