Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / “Bakıda yarışların təşkili heç bir çətinlik yaratmır” – Eldar Əzizov

“Bakıda yarışların təşkili heç bir çətinlik yaratmır” – Eldar Əzizov

““Formula 1” Bakı üçün böyük yarışdır. Bakı son illərdə çox yaxşı sıçrayış edib. Güclü iqtisadiyyatımız sayəsində belə yarışlara rəhbərlik edirik. Önəmli beynəlxalq tədbirlərin təşkilatçısıyıq. Bunun müsbət tərəfini görürük”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “İri miqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı tədbirdə deyib. 

O bildirib ki, 2016-cı ildən indiyə qədər turistlərin sayı 4 dəfə artıb: “Yeni iş yerləri açılıb. 10 il bundan əvvəllə müqayisədə otellərin sayında xeyli inkişaf var. Sakinlərimiz böyük yarışlar sayəsində beynəlxalq arenaya inteqrasiya edir. Belə tədbirləri davam etdirmək istəyirik”.

BŞİH-ın başçısı Bakının beynəlxalq yarışlara hazırlığından danışıb: “Bu gün Bakıda infrastruktur müasir tələblərə cavab verir. Yeni yollar, komplekslər istifadəyə verilir. Yarışların təşkili heç bir çətinlik yaratmır. Paytaxtda əhalinin sayı dinamik olaraq 3 milyona yaxınlaşır. Hər şey sistemli şəkildə inkişaf edir”. 

Əzizov qarşıdakı illərdə keçiriləcək idman yarışlarından da söz açıb: “Biz dünyada gedən bütün prosesləri izləyirik. Beynəlxalq təcrübədən yararlanırıq. Çalışırıq ki, yeni forma metodlardan istifadə edək. Proseslərdə bizim nailiyyətlərimiz var”.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …