Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / Bakıda “UBER” taksi Xudaverdiyanla şərik işləyir: 10 gündür…

Bakıda “UBER” taksi Xudaverdiyanla şərik işləyir: 10 gündür…

Rusiyada erməni rəhbəri Tiqran Xudaverdiyan olan “Yandex” (Yandeks) şirkəti on gün olar ki, Bakıda “UBER” taksi firması ilə əməkdaşlığa başlayıb.

Bu barədə taksi sürücülərindən birinin AzEuroNews.com-a verdiyi məlumata görə, “Yandeks”lə “UBER” arasındakı şərik işləyirlər.

Sürücünü sözlərinə görə, hər iki şirkət gəlirləri 50-50-yə bölüşdürür. Hazırda Bakıda “UBER”in proqramı Yandeksdir.

Tiqran Xudaverdiyan
Tiqran Xudaverdiyan

Bu isə o deməkdir ki, ermənilər ölkənin küçə və prospektlərini, mənzillərin ünvanlarını dəqiqliyi ilə əldə edə bilirlər.

“Yandeks” və “Uber” xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar.

Yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edir. Birləşmiş şirkətdə “Yandeks” 59,3 faiz paya malikdir.

“Yandex Taksi” xidmətinin təsisçisi və baş direktoru olan qatı erməni millətçisi Xudaverdiyan İrəvanda anadan olub.

O, 2006-cı ildə “Yandex” şirkətində layihə meneceri kimi işə başlayıb. 2010-ci ildən isə “Yandex Taksi”yə rəhbərlik edir.

Xudaverdiyanın təsisçisi olduğu “Yandex Taksi” xidməti hazırda 6 ölkədə – Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Gürcüstan və Ermənistanda fəaliyyət göstərir.

Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi taksi xidmətilə məşğul olan sürücüləri bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırmışdı.

Amma görünür ki, müvafiq qurumlar tərəfindən heç bir addım atılmayıb, təhlükəsizliklə bağlı hər hansı təbirlər görülməyib.

“Uber”in sürücüləri bildirirlər ki, yeni proqram yaxşı işləmir, xəritə isə “Yandex”indir. Şirkətin Azərbaycan rəhbərinin vaxtaşırı Rusiyaya gedərək  Xudaverdiyana hesabat verdiyi söylənir.

Erməni iş adamı Azərbaycana girişin mümkün olmadığını anlayanda “Yandeks”lə “UBER”in birləşdirməyi çıxış yolu görür və istəyi gerçəkləşir.

 

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …