Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bakıda tutulan “Dəli Samir” “Lotu Quli”nin adamı imiş – (Video)

Bakıda tutulan “Dəli Samir” “Lotu Quli”nin adamı imiş – (Video)

Bakıda saxlanılan kriminal aləmdə “Dəli Samir” ləqəbi ilə tanınan 1975-ci il təvəllüdlü Aslanov Samir Nuşirəvan oğlunun görüntüləri yayılıb. 

“Report”un məlumatına görə, S.Aslanov Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 33-cü polis bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Polislər “Dəli Samir”i saxlayan zaman onun üzərindən 10 qrama yaxın narkotik maddə olan marixuana aşkarlanıb. S.Aslanovun evinə baxış zamanı isə 1 ədəd avtomat “Kalaşnikov” avtomatı, 5 ədəd güllə və samuray qılıncı aşkar olunaraq götürülüb.

S.Aslanov indiyə qədər dəfələrlə məhkum olunub. O, Günəşli və Qaraçuxur qəsəbələrində hədə-qorxu ilə tələb etmə və bu kimi, bir neçə ağır cinayətlər törətməkdə də şübhəli bilinir.

Qeyd edək ki, S.Aslanov kriminal aləmdə qanuni oğru “Lotu Quli” kimi avtoritet Nadir Sələfovun yaxın adamı sayılır. Həmçinin S.Aslanov idmanın karate növü ilə məşğul olub və onun Suraxanı rayonunda özünə məxsus karate məktəbi var. Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanıb, araşdırma aparılır.

 

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın