Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Aktual / Bakıda taksi xidməti bahalaşacaqmı? – AÇIQLAMA

Bakıda taksi xidməti bahalaşacaqmı? – AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi xidməti ilə bağlı hazırladığı konsepsiyanın reallaşdırılmasından sonra paytaxtda bu xidmətin bahalaşacağı ilə bağlı deyilənlərə münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Report”a açıqlamasında deyib ki, konspesiyada əksini tapmış məsələlər – həm mövcud problemlər, həm də onların həll yolları ilə bağlı təhlillər aparılıb, sürücülər arasında sorğular keçirilib.

“Bu cür kompleks təhlillər əsasında bu gün taksi xidmətinin real mənzərəsi müəyyən edilib. Reallıq isə ondan ibarətdir ki, bu gün “Çağrı Mərkəzi” kimi fəaliyyət göstərən yerli və xarici operatorlar daha çox müştəri eldə etmək məqsədi ilə taksilərdə tənzimlənməyən, aşağı qiymətlər təklif etməklə qeyri-sağlam rəqabət mühiti formalaşdırıblar. Bu proses, həm sifarişli şirkətlərlə əməkdaşlıq etməyən taksi sürücülərinin, həm də, sözügedən operatorlarla çalışan taksi sürücülərinin sosial rifahına mənfi təsir göstərir. Belə şirkətlərlə əməkdaşlıq, tənzimlənməyən əmək münasibətləri və qanunvericiliklə müəyyən olunan iş saatlarından artıq işə gətirib çıxarır ki, bu da, öz növbəsində, sərnişinlərin təhlükəsiz və keyfiyyətli xidmət əldə etmələrinə mane olur. Bundan əlavə, mövcud qiymət uyğulaması nəqliyyat vasitələrinin istismarı və müntəzəm texniki baxışa dair tələblərinin ödənməsində də sürücülərə çətinliklər yaradır. Qeyd olunanları nəzərə alaraq, taksi fəaliyyətini tənzimləyən vahid tarif sisteminin yaradılması təklif olunur. Sistemin konsepsiyasına uyğun olaraq müvafiq qurumlar tərəfindən tənzimlənən və icrası nəzarətdə saxlanılan minimal və maksimal həddi müəyyən edən vahid tarif sisteminin formalaşdırılması təklif olunur. Vahid tarif sistemi formalaşdıqdan sonra artıq bazarda fəaliyyət göstərən operatorlar bazarla müəyyən edilən minimal və maksimal həddən aşağı qiymətlər təklif edə bilməyəcəklər. Bunun əvəzinə, bazarın tələblərinə uyğunlaşaraq keyfiyyətli xidmət göstərməklə sağlam rəqabət aparacaqlar. Eyni zamanda, hal-hazırda tariflərin bazarla tənzimləmə mexanizmlərinin qanunvericiliklə müəyyən edilmədiyini qeyd etmək lazımdır”, – deyə o, qeyd edib.

Həmçinin oxuyun

Ev almaq istəyənlərə xoş xəbər: Qiymətlər daha da düşəcək

Koronavirus pandemiyası bir sıra sahələrdə qiymət artımına səbəb olsa da, bəzi sahələrdə qiymətlərin enməsinə kömək …