Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / BAKIDA TƏXRİBATA QARŞI QEYRİ-ADİ AKSİYA – Aranı qatmaq çağırışlarına qarşı bunu etdi (VİDEO)

BAKIDA TƏXRİBATA QARŞI QEYRİ-ADİ AKSİYA – Aranı qatmaq çağırışlarına qarşı bunu etdi (VİDEO)

(R) Xəbər verildiyi kimi, Avropadakı bəzi siyasi mühacirlər 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü və 29 may UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar Bakıda bəzi təxribatlar həyata keçirməklə bağlı çağırışlar etmişdilər.

Artıq hər iki tədbir arxada qalıb və bu günlərdə Bakıda hər hansı təxribata cəhd qeydə alınmayıb. Yəni bəzi təxribatçı qüvvələrin çağırışları nəticəsiz qalıb – kimsə bu təxribatlara uymayıb.

Xeyli vaxtdır Avropadakı bəzi siyasi mühacirlərlə virtual savaş aparan iş adamı Maqsud Mahmudov isə təxribat cəhdlərinə qarşı Bakıda maraqlı aksiya keçirib. O, şəxsi avtomobillərini müxtəlif şüar və Prezident İlham Əliyevin portretləri ilə bəzəyərək 2 gün Bakının mərkəzində yürüşlər keçirib. İş adamının bu aksiyası final qarşılaşmasını izləmək üçün paytaxtımıza təşrif buyurmuş xarici qonaqların da marağına səbəb olub.

Maqsud Mahmudovun aksiyasından qısa videoreportajı təqdim edirik:

0

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …