Şənbə , Mart 23 2019
Ana səhifə / Aktual / Bakıda “təcili yardım” çağırışa getmədi – Xəstə stansiyaya hücum etdi

Bakıda “təcili yardım” çağırışa getmədi – Xəstə stansiyaya hücum etdi

Bakıda Təcili Tibbi Yardım Stansiyasına hücum olub.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Korgöz qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən Təcili Tibbi Yardım Stansiyasına (TTYS) basqın edən şəxs binanın şüşələrini sındırıb, stansiyadakı növbətçi həkimə və sanitara, həmçinin, çağırış yerinə gələn polis əməkdaşına hücum çəkib.

Stansiyanın böyük həkimi Tahir Alıyev ONA-ya açıqlamasında faktı təsdiqləyib. O, qeyd edib ki, stansiyaya hücum edən şəxs Valeh Hümbətov olub və o, psixi xəstəlikdən əziyyət çəkir: “Həmin şəxs özü üçün psix-briqadaya müraciət edib. Lakin briqada gəlmədiyi üçün xəstə elə bilib ki, bizim stansiyada psix-briqada var və stansiyaya gələrək etirazını bildirib. Lakin bizim stansiyada belə bir xidmət növü mövcud deyil. Psix-briqada Bakıda yalnız 9 saylı Təcili Tibbi Yardım Stansiyasında fəaliyyət göstərir”.

Həmçinin oxuyun

Konsulumuz Türkiyədə şantaj edilir? – işə Türkiyə prokurorluğu qarışdı – Fotofakt

Azərbaycan dövlətinin Türkiyənin Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev Əsassiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin …