Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Bakıda süpürgəçilərin “soyqırımı” davam edir

Bakıda süpürgəçilərin “soyqırımı” davam edir

Virtualaz.org dəqiqləşdirib ki, avtomobillə vurularaq öldürülən süpürgəçi qadın Yasamal rayonu, 22 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı imiş və səhər saat 7-dən yolu təmizləyirmiş.

1 saylı Kliniki Tibbi Mərkəzin qəbul şöbəsindən sayta bildiriblər ki, yaralı qadını qəzanı törədən şəxs öz maşını ilə xəstəxanaya gətirib. 1955-ci il təvəllüdlü Telli Babayeva ağır kəllə-beyin travması, qabırğaların, bud sümüyüyü qırılması diaqnozu ilə xəstəxanaya qəbul edilib.

“Demək olar ki, onun bütün sümüyü sınmışdı, huşu özündə deyildi. Təxminən 1 saat yarımdan sonra dünyasını dəyişdi”, -xəstəxanadan deyiblər.

22 saylı Mənzil Kommunal İstismar Sahəsinin telefonlarına cavab verən şəxs əvvəlcə Babayevanın onların işçisi olmasını təsdiqləyərək, yaşlı qadınların təqaüdlə dolana bilmədikləri, imkansızlıqdan süpürgəçi işlədiklərini söyləsə də, sonradan rəhbərliklə danışmağı məsləhət bildi. Daha sonra isə MİS-in telefonları söndürüldü…

 

*   *   *12:40

Paytaxtın Yasamal rayonunda maşın süpürgəçini vurub öldürüb.

DİN-dən virtualaz.org-a verilən məlumata görə, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən T.Babayeva orada ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, bu, paytaxt yollarında təmizlik işləri aparan mənzil kommunal istismar idarələri əməkdaşlarının maşınla vurulub öldürülməsi ilə bağlı ilk hadisə deyil…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …