Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Bakıda sükan arxasında sürücünün ürəyi dayandı – VİDEO

Bakıda sükan arxasında sürücünün ürəyi dayandı – VİDEO

Ötən gecə Bakıda bədbəxt hadisə baş verib.

Azinforum.az – ın Trend-ə istinadla verdiyi məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb. Üzü şəhər istiqaməti ilə hərəkət edən “Mercedes E-class” markalı avtomobilinin sürücüsü qəfil halı pisləşib.

Şahidlərin sözlərinə görə, sürücü avtomobili saxlaya bilsə də, Təcili Tibbi Yardımı gözləyə bilməyib. Onun ürəyinin dayandığı bildirilir.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …