Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Bakıda Slavyan Universiteti Azərbaycana fəlakət gətirmiş Primakovun şərəfinə MÜSABİQƏ KEÇİRİB

Bakıda Slavyan Universiteti Azərbaycana fəlakət gətirmiş Primakovun şərəfinə MÜSABİQƏ KEÇİRİB

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 yanvar qırığınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak edib.

Azinforum.az xəbər verir ki, BSU rəhbərliyinin xeyir-duası ilə atılan bu addım Azərbaycan cəmiyyətində hiddət doğurub.

Müsabiqəyə qatılan Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələrinə bu günlərdə diplom da verilib.
Esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə baş tutub.

Məlumata görə, oktyabrın 15-də Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov esse müsabiqəsinin qalibi olmuş tələbələr – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib. Görüşdə BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər.

Səfir Mixail Boçarnikov tələbə-gənclərə diplomları təqdim edib.

Bu hadisə sosial şəbəkələrdə ciddi etiraza, tənqidə və qınağa tuş gəlib. Ziyalılar bu müsabiqəyə görə BSU rəhbərliyinin istefaya səsləyiblər.

Yeri gəlmişkən, oktyabrın 29-da Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi də açılıb.

Bakı Fövlət Universitetinin professoru Nəsir Əhmədli baş verən bu iki hadisəni biabırçılıq adlandırıb. “20 Yanvar faciəsinin 30 illiyi ərəfəsində bu faciənin birbaşa təşkilatçısı, əsas cəlladı Yevgeni Primakovun şərəfinə Bakıda sərginin açılması Şəhidlərin ruhunun təhqir edilməsidir. Sərgi dərhal dayandırılmalıdır!!!”, – Nəsir Əhmədli deyib.

Y.Primakov 1990-cı ilin 19 yanvar gecəsində Bakıya sovet qoşunlarının yeridilməsində SSRİ müdafiə naziri Yazovla birgə iştirak edib. Faciə nəticəsində 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Yevgeni Primakov 1991-1996-cı illərdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, daha sonra xarici işlər naziri və Baş naziri işləyib. O, Sənaye Ticarət Palatasının prezidenti postunda 2001-ci ilin dekabr ayından 2011-ci ilin fevral ayına kimi çalışıb.

Y.Primakov 2015-ci ildə vəfat edib.

Həmçinin oxuyun

İsraildə böhran, yoxsa Baydenə görə siyasi dizayn (ŞƏRH)

“Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.Bu sözləri politoloq Şahin Cəfərli İsraildə …