Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Bakıda şagird müəllimini döyüb – Yenilənib

Bakıda şagird müəllimini döyüb – Yenilənib

Xətai rayonu 95 saylı məktəbdə döyülmə hadisəsi baş verib. ” Azinforum.az” moderator.az-a istinadən xəbərinə görə, 11-ci sinif şagirdi olan oğlan öz müəllimini vəhşicəsinə döyüb.

Svetlana adlı fizika müəllimi şagirdin nizam-intizamdan şikayət edərək onu danlayıb. Sonra isə daha da qızışaraq şagirdin rəhmətə getmiş atasını təhqir edib. Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib. Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış, ətraf qan içindəymiş. Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas ediblər.

***

Bakı şəhər Ayaz Məhərrəmov adına 95 saylı orta məktəbdə baş verən insidentin təfərrüatları məlum olub. Şagirdi tərəfindən vurulduğu iddia edilən fizika müəllimi Svetlana Əkbərova Lent.az-a bildirib ki, mətbuatda yazılanlar həqiqəti əks etdirmir: “Dünən şagird sinifdə mahnı oxuduğu üçün ona irad tutdum, qanacaqlı-mərifətli olmasını tələb etdim. O da ərköyün uşaqdı, çığır-bağır saldı və sinif otağını tərk etdi. Biz həmin uşağı keçən il də məktəbdən uzaqlaşdırmaq istəyirdik, bəzi səbəblərdən son anda onu sinifdə saxladıq”.

S.Əkbərova bildirib ki, hazırda məktəbdə işini davam etdirir: “Yazıblar ki, guya şagird məni vurub, bunlar cəfəngiyyatdır”.

Ərazi üzrə Xətai rayon 34-cü Polis Bölməsinə məlum hadisə ilə bağlı hər hansı müraciət daxil olmayıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın