Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Bakıda səfirin otağı SOYULDU

Bakıda səfirin otağı SOYULDU

Bakıda oğurluq hadisəsi baş verib.

Unikal.org-un xəbərinə görə, hadisə martın 3-də, Yasamal rayon H.Cavid küçəsində yerləşən inzibati binada qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Spelanay Xeyrullahın iş stolunun siyirməsindən 35 255 ABŞ dolları (59 933 manat) oğurlayıblar.

Daha sonra Spelanay Xeyrullah hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, Spelanay Xeyrullah Əfqanıstanın Azərbaycandakı səfiridir.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT