Cümə axşamı , May 26 2022
Ana səhifə / Aktual / Bakıda restoranın liftində xəsarət alanların vəziyyəti AÇIQLANDI

Bakıda restoranın liftində xəsarət alanların vəziyyəti AÇIQLANDI

Bakıda yerləşən restoranlardan birində liftin qırılması səbəbindən yaralanan iki nəfərin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, hər ikisində çoxsaylı sınıqlar olduğu üçün cərrahi əməliyyat olunmaları planlaşdırılır:

“1989-cu Abdulsalamov Məmməd Əlövsət oğlunun qolunun sağ dirsək sınığı, sağ bud sümüyünün sınığı, çanaq sümüklərinin sınığı, bel fəqərələrinin sınığı və baldırında sınıqları olduğu üçün hazırda vəziyyəti orta ağırdır. 1978-ci il təvəllüdlü Qəhrəmanov Nadir Əli oğlunun sağ və sol bazunun sümüyü və biləyin sınığı, bel fəqərələrinin sınığı, döş sümüyünün sınığı var. N.Qəhrəmanovun vəziyyəti digərinə nisbətən daha ağırdır”.

Qeyd edək ki, Bakıda restoranların birində ustalar lifti təmir edən zaman o qırılaraq şaxtaya düşüb.

Nəticədə 1989-cu il təvəllüdlü Abdulsalamov Məmməd Əlövsət oğlu və 1978-ci il təvəllüdlü Qəhrəmanov Nadir Əli oğlu yaralanıblar.

Həmçinin oxuyun

Səlim Müslümov ev dustaqlığına BURAXILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Azinforum.az-ın …