Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bakıda qeyri-adi maşın satılır — VİDEO

Bakıda qeyri-adi maşın satılır — VİDEO

Bakıda dünyada nadir rast gəlinən antikvar avtomobil satılır.

“ Azinforum.Az ” Xəzər TV-yə istinadən xəbər verir ki, avtmobil görənlərin marağına səbəb olur. Avtomobilin sahibi Azər Abdullayev deyir ki, 1931-ci ildə istehsal edilmiş avtomobil 4 qapılıdır. Dünyada cəmi 32 ədəd buraxılmış bu avtomobilin 24-ü 2 qapılı, 8 isə 4 qapılıdır. Avtomobilin mühərriki 3.3 həcmlidir və tam işlək vəziyyətdədir.

Azər Abdullayev deyir ki, maşının orijinallığını qorumağa çalışıb. Onu da cəlbedici göstərən də məhz budur.
Avtomobil sahibinin sözlərinə görə, əvvələr maşını satması üçün ona xeyli pul təklif olunsa da, razılaşmayıb. Amma hazırda şərtlər dəyişib.

Avtomobilə maraq o qədər çoxdur ki, yoldan keçənlər onu qısa müddətə də olsa sürmək istəyirlər. Sahibi isə bunun qarşısını almaq üçün onun akkumulyatorunu çıxarıb.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …