Cümə axşamı , May 26 2022
Ana səhifə / Aktual / Bakıda Qədr gecəsi açıq havada… – Fotolar

Bakıda Qədr gecəsi açıq havada… – Fotolar

Xəbər verdiyimiz kimi, ötən gecə Azərbaycanda Qədr (əhya) gecəsi olub. Bununla bağlı Bakıda “Məşədi Dadaş” məscidində ibadət təşkil edilib.

Ötən gün axşam saatlarından başlanan ibadət mərasimi həm məscidin içərisində, həm də həyətində davam edib. Məscidin həyətində qadın və kişilər üçün ibadət yeri arakəsmə ilə ayrılıb. Yüzlərlə dindar sübhədək ibadətlə məşğul olublar. 

Qeyd edək ki, pandemiya dövründə karantin rejimi ilə əlaqədar Azərbaycanda Qədr gecələri ilə bağlı mərasimlər onlayn qaydada təşkil edilirdi. Bu ilin martından etibarən dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti aradan qaldırılıb.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın bugecəki mərasimdən çəkdiyi fotoları təqdim edirik:

Həmçinin oxuyun

Səlim Müslümov ev dustaqlığına BURAXILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Azinforum.az-ın …