Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Bakıda polisin də zəhərlənərək öldüyü saxta içki bu sexdə düzəldilib – VİDEO

Bakıda polisin də zəhərlənərək öldüyü saxta içki bu sexdə düzəldilib – VİDEO

Bakıda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta spirtli içkilərin istehsalı ilə məşğul olan bir neçə sex və bu içkilərin satıldığı obyektlər aşkar edilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından informasiya verilib.

Məlumata görə, dekabrın 27-də ələ keçirilmiş məhsulların nümunələri Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertiza Mərkəzinin laboratoriyasına göndərilib.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtdakı restoranlarda yeddi nəfər saxta viskidən zəhərlənib. Onlardan ikisi ölüb, birinin isə hər iki gözü kor olub.

Qurbanlardan biri DİN-in BŞBPİ-nin Nərimanov rayonu RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət-axtarış  baş leytenantı, 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu olub. 

Həmçinin oxuyun

İbadət, yoxsa casusluq: erməni keşişlər Kəlbəcərə niyə qayıtdı?

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır: – Kəlbəcər …