Ana səhifə / Aktual / Bakıda polis rəisi intihar etdi – Generalın qardaşıdır

Bakıda polis rəisi intihar etdi – Generalın qardaşıdır

Bakının Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.

Polis polkovnik-leytenantı Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr.
Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun sabiq rəisi, məşhur polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …