Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Bakıda polis hamilə qadının həyatını xilas etdi

Bakıda polis hamilə qadının həyatını xilas etdi

Bakıda polis əməkdaşı hamilə qadının həyatını xilas edib. “Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, ərazidə xidmət aparan Nəsimi Rayon DYP şöbəsinin əməkdaşı, polis baş leytenantı Ruslan Vəliyev ərazidə 99YP270 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xidmətdə olarkən doğum sancısı ilə xəstəxanaya çatdırılmasında çətinlik yaranan Xəyalə Məmmədovanın (ad və soyad şərtidir) ailə üzvləri ondan yardım istəyib.

Ərazidə tıxac olduğunu görən polis əməkdaşı dərhal yolu boşaldıb və avtomobili müşayiət edərək onların tez bir zamanda Səməd Vurğun küçəsində yerləşən Tibb Universitetinin Tədris Cərrəhiyyə Klinikasına çatdırılmasına səbəb olub. Dərhal əməliyyata alınan X. Məmmədovanın həyatı xilas edilib və uşaq sağlam şəkildə dünyaya göz açıb.

Həkimlər bildiriblər ki, əgər xəstə bir neçə dəqiqə də gec gətirilsəydi, qanaxmadan övladı ana bətnində dünyasını dəyişə bilərdi.

Hadisədən bir müddət sonra qadının yaxınları Nəsimi Rayon DYP-yə gələrək həmin idarənin rəisinin qəbulunda olmuş və polis əməkdaşının atdığı bu müsbət addım barədə rəhbərliyə təşəkkür edib.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …