Ana səhifə / Aktual / Bakıda polisə müqavimət: iki gənc qandallandı

Bakıda polisə müqavimət: iki gənc qandallandı

Nərimanov rayonunda polis əməkdaşı ilə iki gənc arasında insident olub.
Aznews.az xəbər verir ki, hadisə ötən gün Təbriz küçəsi 44 ünvanında qeydə alınıb.
Hadisəyə səbəb telefon aksessuarlarının satıldığı mağazanın qarşısında 2 gənc arasında davanın başlaması və hadisəyə polisin müdaxilə etməsi olub. İctimai asayişi pozduqlarına görə dava edən gənclərə yaxınlaşan polis əməkdaşı gənclərdən birinin müqaviməti ilə rastlaşıb. 20-22 yaşlarında gənc oğlan əlindəki soyuq silahla polisdən yayınmağa çalışıb. Lakin polis əməkdaşı onu zərərsizləşdirməyə nail olub və hər iki gənc polis bölməsinə aparılıb.
Gəncləri saxlayan polis hadisəni seyr edən sakinlərə bildirib ki, əlində bıçaq olan şəxs onlardan yayınmaqdan ötrü bıçaq çıxarıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın