Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bakıda piyadanı isladan sürücü cərimələndi

Bakıda piyadanı isladan sürücü cərimələndi

Yağışlı havada piyadanın üstünü çirkləndirdiyinə görə bir avtomobil sürücüsü inzibatı məsuliyyətə cəlb olunub.

Bu barədə “Qafqazinfo” ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov məlumat verib. O qeyd edib ki, yağışlı havada avtomobil sürücüləri hərəkət edərkən minimum sürət həddini seçməlidir:

“Xüsusilə  sürücülər piyadalara yaxınlaşdıqda elə etməlidirlər ki, çirkli yağış suları onların üst-başını çirkləndirməsin. Artıq  4 piyada bununla bağlı bizə müraciət edib.  Həmin vətəndaşların müraciəti əsasında həmin sürücülərdən biri barəsində bu gün səhər saatlarında protokol yazılıb. Belə ki, bu avtomobil sürücüsünün yüksək sürətlə avtomobili idarə etməsi nəticəsində  su gölməçəsi vətəndaşın geyimini bulayıb. Bu inzibati xəta tərkibi yaradır və sürücünün məsuliyyətə cəlb edilməsi deməkdir”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …