Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / Bakıda parklanma pulsuzdursa, bəs bu pullar hara gedir? – VİDEO

Bakıda parklanma pulsuzdursa, bəs bu pullar hara gedir? – VİDEO

Bakı şəhərində qanuni parklanma yerlərindən istifadə ödənişsizdir. Amma buna baxmayaraq bəzi şəxslər hələ də parklanma ərazilərində sürücülərdən pul tələb edirlər. Əazidə olan nəzarətçilər avtomobili saxlayan kimi sürücüyə yaxınlaşıb, qəbz təqdim edirlər. Həmin qəbzdə isə ödəniş barədə məlumat öz əksini tapır.

Ödəniş etməyən sürücülərə isə bildirilir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən 20 manat cərimə ediləcəklər.

Halbuki, parklanma yerində “Tariflər müəyyən edilənədək parklanma ödənişsizdir” elanı vurulub. Parklanmaya nəzarət edən şəxslər isə suallarımızı cavablandırmaqdan yayınıb, müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışıblar. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, şəhərdə küçə parklanmasına görə tariflər hələ Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Bu səbəbdən də parklanma yerlərindən istifadə ödənişsizdir. Bu barədə sürücülərin yerində məlumatlandırılması məqsədi ilə parklanma nişanlarının altında məlumat lövhəsi qoyulub: “Sürücülərə bir daha bildiririk ki, qanunla icazə verilən yerlərdə və qaydada avtomobilinizi park edərkən heç kimə vəsait ödəməyin”.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …