Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bakıda parkdakı bütün ağaclar bir gecədə yoxa çıxdılar – VİDEO

Bakıda parkdakı bütün ağaclar bir gecədə yoxa çıxdılar – VİDEO

Sakinlər Publika.az-a bildiriblər ki, gecə saatlarında bir neçə nəfər parka gələrək bəzi ağacları çıxardıb, bəzilərini isə kəsiblər. Kimliklərini gizlədən şəxslər sakinlərə ərazidə restoran tikiləcəyini söyləyiblər.
Həmin ərazidə Bakı Nəqliyyat Agentliyi tərəfindən Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması istiqamətində işlər görülür. Lakin BNA-dan bildirdilər ki, onlar ərazidəki ağaclara toxunmayıblar.
Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz həmişəki kimi uğursuz alındı.
Binəqədi rayon Bələdiyyəsi ilə də əlaqə saxladıq. Məlum oldu ki, məsələdən onların da xəbərləri yoxdur.



BakuPost

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …