Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / Aktual / Bakıda milyonlarla dəyəri olan maşınları günün altında kim çürüdür? – FOTO

Bakıda milyonlarla dəyəri olan maşınları günün altında kim çürüdür? – FOTO

Banklar tərəfindən girov müqabilində alınan avtomobillər illərdir ki, istifadəsiz qalıb. 
Bu barədə bizə dəfələrlə müraciətlər olub. Avtomobillərin kredit və ya lizinq şərtlərini ödəyə bilməyənlər məcburən maşını banka verir. Bank isə maşını sata bilmədiyi üçün günün altında “yatıb” qalır. Vətəndaşlar krediti vaxtında ödəyə bilmədikdə banklar qanuni və ya qanunsuz yolla həmin maşınları vətəndaşlardan alıb bu fotolarda gördüyünüz meydançalarda çürüdür. Hansı ki, bunları normal və daha yüngül şərtlərlə yenidən həmin vətəndaşlara vermək olar. Bir var maşın günün altında çürüyüb getsin, bir də var gec-tez pulu ödənilir və həm kiminsə maşını olur, həm də milyonlar batıb getmir. Əməkdaşımız fotoları çəkərkən məlum olub ki, maşınların əksəriyyətinin üzərində hansısa taksi şirkətinin loqosu var. Yəni, bu maşınlar taksi kimi istifadə olunub. Amma sahibi pulu ödəyə bilməyib və bank maşını ondan alıb. Kiminsə aylarla ödədiyi pulla batıb, dövlətin banklara ödədiyi kredit pulları isə göz qabağında çürüyüb gedir. Hansı ki, bundan çıxış yollar var. Hər bir halda bununla bağlı müəyyən qaydalar işlənib hazırlana bilər. 
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən ekspert Ramil Osmanlı bildirib ki, Azərbaycanda avtomobil kreditlərinin verilməsini iki mərhələyə ayırmaq olar. “Birinci mərhələ devalivasiyadan əvvəlki dövrü əhatə edir. Yəni, 2014-cü ilə qədər Mərkəzi Bankın avtokreditlərlə bağlı yeni qəbul etdiyi qərara qədər olan dövr nəzərdə tutulur. 
İkinci mərhələ isə təbii ki, avrostandadrtların qəbulu, “Avro4″ standartına keçid və Mərkəzi Bankın avtokreditlərlə bağlı qəbul etdiyi yeni qaydalardır. Bu iki mərhələ arasında çox ciddi və əsaslı fərqlər var. Çünki əvvəlki dövrdə  avtomobil kreditləri demək olar ki, bütün avtomobillərə şamil olunurdu. Burada avtomobilin ili, onun texniki vəziyyəti və digər xüsusiyyətləri nəzərə alınmadan, sadəcə avtomobilin xarici görnüşü və texniki şəhadətnaməsi ilə kredit verilməsi mümkün idi. Hətta verilən kreditlərin faiz dərəcəsi bəzi hallarda girovun dəyərinin təqribən 80-90 faizinə bərabər olurdu ki, bu da kifayət qədər riskli bir addım idi. Bu risklər sonradan nəticə etibarı ilə banklarda çox böyük bir avtomobil məzarlığının yaranmasına gətirib çıxardı.”
Ramil Osmanlı bildirib ki,  2014-cü ildən sonra Mərkəzi Bank  problemli kreditlərin həcminin çoxalmasında avtomobil kreditlərinin payının  həddən artıq yüksək olduğunu nəzərə alaraq avtokredtilərdə yeni qaydalar tətbiq etdi. “Köhnə avtomobillərə yalnız “Avro4”  standartlarının tələblərinə cavab vermək şərti ilə  kredit verilirdi. Əks halda bu qaydalar tətbiq edilə bilməzdi.  Köhnə – yəni istismarda olmuş avtomobillərə maksimim girov dəyərinin 20 faizi həcmində, yeni avtomobillərə isə maksimum  həmin avtomobillərin  dəyərinin 50 faizi  həcmində kreditlər verilməyə başladı. Bu sözsüz ki, bu sahədə fəaliyyət göstərən kredit təşkilatlarına yeni axtarış aparmasını, yeni bir metodika ortaya  qoymaq üçün zəmin yaratdı. Tədricən ortaya lizinq adı ilə avotmobillərin kreditləşməsi çıxdı. Burada ucuz – dəyəri təqribən 20 min manatdan aşağı olan nəqliyyat vasitələrinin,  avtomobillərin, xüsusiilə İran, Rusiya və Çin istehsalı  olan avtomobillərin kreditləşməsi prosesinə başladı. Nəticə etibarilə demək olar ki, bu proses də özünü doğrultmadı  və  son dövrlər yəni devalvasiyadan sonra bankların bağlanması nəticəsində girovda  olan, faktiki olaraq istismardan  kənarda qalmış çox sayda avtonəqiliyyat vasitələri bu gün qeyd etdiyimiz kimi həmin avotmobil  qəbristanlığının üzvlərinə çevriliblər. Badamdardakı maşın bazarında “yatıblar”.
Təssüflər olsun ki, həmin bankların əksəriyyətinin bağlandığına görə, o bankların  ləğv ediciləri faktiki olaraq bu proseslə, yəni avtomobillərin realibaziyası ilə məşğul olmağa ən azından fiziki imkanları yoxdur. Nəticədə avtomobillər ildən ilə köhnəlir. Bu avtomobillərin faktiki sahiblərinə, eyni zamanda banklara ziyan dəyir. Öhdəliklərin həcmi artır, avtomobilin girov dəyəri bazar dəyərindən aşağı düşür və nəticədə çox ciddi problemlərə gətirib çıxardır. Halbuki həmin avtomobilləri müəyyən formada yenidən təkrar  bazara çıxarmaq mümkündür. Sadəcə o bankların əksəriyyəti bağlandığına görə ləğvedicilərinin indiki halda fiziki imkanları bu prosesi həyata keçirməyə imkan vermir. Ümumi mənzərə bundan ibarətdir.
Təbii ki, sual oluna bilər ki, yaxşı təklif nədən ibarətdir? Nəzərə alsaq ki, 2014-dən bu yana prosesdə faktiki olaraq girov kimi qəbul olunmuş və bu gün ortalıqda qalan avtomobillərin əksəriyyəti yeni, yəni ili təzə olan işlənməmiş avtomobilər olub. Çox az istismar olunub. Əksəriyyəti də faktiki olaraq istismara yararlı vəziyyətdədir.  
Nəzərdə alsaq ki, Azərbaycanda ucuz avtomobilə tələbat həmişə  olub və var onların realizasiyası üçün imkanlar genişdir. Sadəcə müəyyən təkliflər işlənib hazırlanmalı və eyni zamanda ləğvedicilər bu təkliflərlə  Mərkəzi  Bank və digər maliyyə qurumları qarşısında çıxış etməlidir. Təbii ki, bu prosesi həyata keçirən brokerlər və ya alqı-satqı agentlərinin ortaya çıxmasına ehtiyac var.

undefined

Həmçinin oxuyun

Vilayət Eyvazov bu ərazilərə komendant təyin edildi

Prezident İlham Əliyev hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında …