Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Bakıda McDonalds-a rəqib peyda olub

Bakıda McDonalds-a rəqib peyda olub

Azərbaycanda fəaliyyət göstərən McDonalds-a rəqib peyda olub. Bakıda məşhur fast-food brendi Burger-King fəaliyyətə başlayıb.

Azinforum.az Fins.az-a istinadən məlumat verir ki, ABŞ-a məxsus olan Burger-King Corporation 28 Mall-da işə başlayıb. Burger-King franşizası Rusiyaya məxsusdur. Rusiyada adı çəkilən restoranlar şəbəkəsinin 500-dən çox obyekti var. McDonalds-ın rəqibi Burger-King 1954-ci ildə yaradılıb. Bu restoranlar şəbəkəsi böyüklüyünə görə, dünyada fast-food restoranları arasında ikinci yeri tutur. Bütün dünya üzrə gün ərzində Burger-King-in restoranlar şəbəkəsindən 11 milyon insan yararlanır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …