Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bakıda masaj salonu yoxsa əxlaqsızlıq yuvası?: “Bütün səslər evin içindədir” – Video

Bakıda masaj salonu yoxsa əxlaqsızlıq yuvası?: “Bütün səslər evin içindədir” – Video

Xətai rayonu Nəsrəddin Tusi küçəsində yaşayan sakinlərin şikayəti masaj salonundandır. 

Masaj salonu General Şıxliniski 34-C ünvanındakı binanın zirzəmisində fəaliyyət göstərir.

Sakinlər iddia edirlər ki, obyekt sahibləri burada masaj salonu adı ilə əxlaqsızlıq yuvası təşkil ediblər. Bu azmış kimi, günün müxtəlif saatlarında obyektin qarşısında yaranan səs-küy sakinlərin haqlı narazılığına səbəb olur. 

Sakinlər bildirir ki, masaj salonundakı bütün səslər evin içində asanlıqla eşidilir:

“Evdə uşaq var, yaşlı var. Gecə bir-birlərinə bıçaq çıxarırlar. Burada 171 saylı məktəb var. Şagirdlər hər gün onun qarşısından keçirlər, hər gün onu görmək məcburiyyətindədirlər. Qadınların isə çılpaq vəziyyətdə çıxıb çöldə oturmaları bizim hamımızı narahat edir”.

Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər:

“Bir dəfə bağladılar, reklamını sökdülər. Səhər isə gətirib onun yerinə daha böyük reklam vurdular, başladılar işləməyə”.

oxu.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …