Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Bakıda məşhur firmanın məhsulu kiflənmiş çıxdı: – Market sahibi nə ilə özünə haqq qazandırdı?

Bakıda məşhur firmanın məhsulu kiflənmiş çıxdı: – Market sahibi nə ilə özünə haqq qazandırdı?

Sahibkarlıq sahəsində monitorinqlərin aparılmasının 2021-ci ilədək dayandırılması istehsal bazarında arzuolunmaz mənzərələr yaradır. İstehlakçılara təmiz məhsul adı ilə köhnə, məhsulun növünə görə yararlılıq müddəti daha çox olan, zəhərli, kiflənmiş qidalar satılır.

Cebhe.info əməkdaşı da bu cür arzuolunmaz olayla qarşılaşıb. Əhməd Cavad küçəsində yerləşən “Şəki Market”dən aldığı keks onu təəccübləndirib. Keksin üzərində yenicə istehsal edildiyi yazılsa da, üzərinin kifli olması vaxtının keçdiyini göstərir. “Darenka” şirkətinin məhsulu olan kekslər bu ilin sentyabrında istehsal edilib, bir ilədək istifadəyə yararlı hesab olunur.

İstehlakçı satıcıya, “Bu cür məhsul satırsız, azyaşlı alıb yesə necə olacaq?” – deyə, sual verdikdə isə qarşı tərəf məsuliyyəti üzərindən atıb. Bildirib ki, qapalı, paketlənmiş məhsul olduğu üçün içindəkinin kiflənmiş olmasından xəbəri olmayıb.

Maraqlıdır, buna görə kim məsuliyyət daşıyır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. E.Hüseynov bildirib ki, bir sıra un məmulatlarının, xüsusən də, kekslərin, tortların saxlanma müddəti 36 saatdan artıq olmamalıdır:

“Bu gün monitorinq aparsaq, görərik ki, un məmulatları, o cümlədən də, tortların 80 faizinin üzərində yararlılıq müddəti yoxdur. Monitorinqlər dayandırıldığı üçün istehsalçılar yaranan vəziyyətdən sui-istifadə edirlər. Yararlılıq müddətinin uzun göstərilməsi o deməkdir ki, istehsalçı məhsulunu istehlakçının boğazına tıxamaq istəyir. Bu cür məhsullar kimyalaşmış hesab edilir. Bir zamanlar Azərbaycana Almaniyadan gətirilən, bir il istehlaka yararlı olan çörəklər satılırdı. Bu cür çörəklərin yararlılıq müddətinin 72 saat olmasına nail olduq”.

E.Hüseynovun sözlərinə görə, bəzən saxlanma şəraiti də məhsulun kiflənməsinə səbəb olur:

“Hətta, yenicə istehsal olunan məhsul elə bir şəraitdə saxlanıla bilər ki, qısa müddətdə kiflənə və istehlaka yararsız ola bilər.”

Eyyub Hüseynovun sözlərinə istehlakçı şikayət edərsə, satıcı 1500 manat cərimə olunacaq. 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …