Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Bakıda məcburi köçkünlər binası üzərindən “alver”: Cinayət işi, infarkt, həbs…

Bakıda məcburi köçkünlər binası üzərindən “alver”: Cinayət işi, infarkt, həbs…

“Bizim ailə haqsızlıqla üzləşib və biz yeganə çıxış yolu kimi Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb etmək istəyirik”.

Bu barədə Minval.info-ya Vüsal Hüseynli məlumat verib. O iddia edir ki, 4 nəfər sələmçi və onların qohumları özbaşınalıqla məşğuldur, heç bir qanunla hesablaşmaq istəmir.

Vüsal Hüseynli bu şəxslərin Yusifova Aynur, Cabbarova Dostxanım, Rüstəmova Sara, Mirzəyeva Atlas olduğunu deyib.

Şikayətçi iddiasına görə,  anası Nəzakət Hüseynova adlarını çəkdiyi şəxslərdən sələmə pul alıb. Onlar anasından bu pulun qarşılığında ev tələb edib və nəticədə iş məhkəməyə qədər gedib çıxıb. İndi isə N.Hüseynovaya cinayət işi açılıb və onun həbsi gözlənilir. Bütün bunlardan sonra oğlu çıxış yolunu olanları mediada işıqlandırmaqda görüb.

V.Hüseynlinin sözlərinə görə, onun anası ilə sələmçilər arasında heç bir borc müqaviləsi bağlanmayıb və bu münasibətlər mülki xarakter daşıyıb: “Kimisə bu işdə cinayət məsuliyyətinə cəlb etmək tamamilə qanunsuzdur, çünki mülki işlərdə cinayət tərkibi olmur. Bunu bilən sələmçilər başqa yol seçir – borclu hesab etdiyi insanlara şər-böhtan atır. Məsələn, iddia edirlər ki, “mən sənə 10 min manat pul vermişəm və sən əvəzində maşın, torpaq sahəsi və s. söz vermisən”. Yəni 4-5 nəfər eyni yalançı ifadə verir, şahidlik edir və belə olan təqdirdə sələmə pul alan insanları cinayət məsuliyyətinə cəlb etmək mümkün olur. Buna hüquq dilində “süni ittiham sübutu”, məişət dilində isə “üzəduranlıq” deyilir. Üstəlik, bu sadəcə borc pul deyil, bu qanunsuz sələmçilik fəaliyyətdir, çünki bu iş üçün müvafiq lisenziyaya sahib olmaq lazımdır”.

Minval.info Vüsal Hüseynlinin şikayət etdiyi şəxslə – Dostxanım Cabbarova ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, deyilənlər tamamilə absurtdur. Belə ki, D.Cabbarova bu iddiaları vəkilin müdafiə üsulu olduğunu qeyd edib.

Qarşı tərəfin iddiasına görə, bu işdə zərərçəkən məhz onlardır: “Biz məcburi köçkünük. Nəzakətə (şikayətçinin anasına) makler kimi məcburi köçkünlər üçün istifadəyə verilmiş binadan ev almaq üçün müəyyən qədər məbləğ ödədik. Bir neçə nəfər mənim kimi, bu yolla ev almaq istəyib. Lakin bu iş alınmadı, Nəzakət bizimlə əlaqə saxlayıb evinə dəvət etdi və pulu qaytaracağını dedi. Onun evinə gedəndə isə 102-yə zəng edib bizi şikayət etdi. Hər şey bundan sonra başladı”.

Dostxanım Cabbarovanın sözlərinə görə, bundan sonra özləri müvafiq instansiyalara V.Hüseynin anasından şikayət edib. Bunun əsasında, ona cinayət işi açılıb və həbsi gözlənilir.

Qarşı tərəf həmçinin onu da bildirib ki, bütün bunlar onun həyat yoldaşının infarkt keçirməsinə səbəb olub.

Samir Mirzə

Minval.info

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …