Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Bakıda məşhur bazarın qarşısında qalmaqal

Bakıda məşhur bazarın qarşısında qalmaqal

Bakının Nizami rayonunda asayişi pozan kişi döyülüb.
ANS PRESS-in məlumatına görə, hadisə “8-ci km bazarı” qarşısında baş verib. Bazarın qarşısında gecə saat 02 radələrində səs-küy düşüb.
Səs-küyə çıxan camaat yaşlı bir kişinin sərxoş halda söyüş söydüyünü görüblər. Məsələni araşdırmaq istəyərkən isə kişi insanları da söyməyə başlayıb.
Bu səbəbdən əslən rus əsilli olan 45 yaşlı kişini döyüblər. Ağır bədən xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsində araşdırılır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın