Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bakıda küçədə yatan uşaqların valideynləri tapıldı

Bakıda küçədə yatan uşaqların valideynləri tapıldı

Bakıda küçədə yatan, daha sonra hüquq-mühafizə orqanları tərəfindən tapılan uşaqlarla bağlı müvafiq tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev

“ Azinforum.az ” ın sorğusuna cavab olaraq bildirib ki, polis tərəfindən aşkarlanaraq saxlanılan azyaşlılarla bağlı iş aparılır: “Hər iki uşağın ailəsi dilənçilik və tüfeyli həyat tərzi sürür. Yevlax rayonunda qeydiyyatda olan ailələr məşğulluq və sosial yardım proqramlarından imtina ediblər. Hazırda həmin uşaqların valideynləri müəyyən olunub. Onlarla bağlı dəfələrlə müvafiq tədbirlərin həyata keçirilməsinə baxmayaraq  həmin valideynlər bundan nəticə çıxarmayıblar”.

Qeyd edək ki, sentyabrın 28-də müğənni Elmira Ələkbərzadə Bakıda küçədə yatan iki yeniyetmənin görüntülərini yayıb. Sənətçi videonu Nəsimi rayonu, Səməd Vurğun küçəsində lentə aldığını bildirib və küçədə gecələyən yeniyetmələrə köməklik göstərilməsini xahiş edib. 

Nizam Rza

https://ok.ru/videoembed/4084496075370

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …