Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Bakıda keçmiş polis rəisi müstəntiq vəzifəsinə təyin edildi

Bakıda keçmiş polis rəisi müstəntiq vəzifəsinə təyin edildi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Etibar Balakişiyev Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, E.Balakişiyev Gəncə Şəhər Baş Polis İdarəsinin və Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin keçmiş rəisi, mərhum polis general-mayoru Rasim Musayevin qohumudur.(Report)

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …