Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Bakıda karantinə alınan 6 xəstədən 3-ü evə buraxılıb – İki qurum birgə məlumat yaydı

Bakıda karantinə alınan 6 xəstədən 3-ü evə buraxılıb – İki qurum birgə məlumat yaydı

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə açıqlama yayıb.

Mia.az-a daxil olan məlumata görə, fevral ayının 7-si üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var.

“Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə əlaqəsi olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar evlərinə buraxılacaqlar”.

Qeyd edək ki, ötən gün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 6 nəfər həkim nəzarətində idi.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …