Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Bakıda itlərin öldürülməsinin “Formula 1”lə bağlılığı yoxdur”

“Bakıda itlərin öldürülməsinin “Formula 1”lə bağlılığı yoxdur”

“Bakıda küçə itlərinə qarşı qanunsuz hərəkətlərin Azərbaycan Qran Prisi ilə heç bir əlaqəsi yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, son vaxtlar Bakıda küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılığa yolverildiyinə dair sosial mediada yayılmış xəbərlər diqqətdən yayınmayıb:

“Bizim bu halların baş verib verməməsi ilə bağlı məlumatımız yoxdur. Amma şəhərimizdə küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılıq baş verirsə, biz də bu halları qətiyyətlə pisləyirik! Tam əminliklə bildirirəm ki, bu halların Formula 1 Azərbaycan Qran Prisi ilə heç bir əlaqəsi yoxdur”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …